RU

"Rusiyalılar Krımda hərbi obyektləri məqsədyönlü şəkildə mülkilər arasında yerləşdirir" - ISW

 
"Ukrayna Sevastopola kaset döyüş hissələri olam beş ATACMS raketi buraxıb..."
 
"Rusiyalı blogerlər Rusiya MN və Krımdakı işğalçı hakimiyyəti zərbələrin qarşısını almaq və mülki əhalini müdafiə etmək iqtidarında olmadığında ittiham edib..."
 
Analitiklər Krıma zərbələri şərh edib
 
Rusiyalılar müvəqqəti işğal edilən Krımda hərbi obyektləri Ukraynanın zərbələrindən çəkindirmək üçün məqsədyönlü şəkildə mülki rayonların yaxınlığında yerləşdirir.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.
 
İyunun 23-də Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Ukrayna Sevastopola kaset döyüş hissələri olan beş ATACMS raketləri buraxıb.
 
İşğalçılar, guya, dörd raketi ələ keçirib, lakin raketlərdən biri uçuş trayektoriyasından kənara çıxıb və partlayıb.
 
Sonradan Rusiya mülki əhali arasında qurbanlara görə ABŞ-ı ittiham edib, hərçənd, Rusiya HHM-in raketi öz trayektoriyasından kənara çıxmağa və partlamağa vadar edilməsi etiraf edilib.
 
İyunun 23-də dərc edilən kadrlarda raketin öz trayektoriyasından kənara çıxması zamanı və sonra, guya, Sevastopolda çimərlikdə mülki şəxslər göstərilib.
 
Rusiya mənbələri iddia edir ki, kaset döyüş sursatları Sevastopolun şimalında Uçuyevka parkında çimərlik yaxınlığında mülki şəxslərin üzərinə düşüb.
 
Sevastopolun üzdəniraq "qubernatoru" Mixail Razvojayev bəyan edib ki, zərbə nəticəsində dörd nəfər həlak olub, daha 151 nəfər yaralanıb. Ukrayna Sevastopola zərbələri şərh etməyib.
 
"Rusiya Müdafiə Nazirliyinin ABŞ-ın ünvanına mülki əhali arasında qurbanlarla bağlı ittihamları Birləşmiş Ştatları Ukraynaya təhlükəsizlik sahəsində bundan sonra da yardım göstərilməsindən çəkindirmək cəhdidir", - analitiklər qeyd edib.
 
Rusiyalı hərbi blogerlər Rusiya MN-i və Rusiyanın  Krımdakı işğalçı hakimiyyətini zərbənin qarşısını almaq və "Rusiyanın mülki əhalisinin" müdafiəsini təmin etmək iqtidarında olmamasına görə fəal surətdə tənqid edib. Bundan başqa, guya, hücum zamanı həyəcan siqnalları işləməyib.
 
Bir neçə bloger Rusiya hakimiyyətini bütün raketlərin Sevastopola yaxınlaşmasından öncə onları aşkar etmək və məhv etmək qabiliyyətinin olmamasında tənqid edib. Bundan başqa, çimərliklərin yanında sığınacaqlar olmayıb.
 
Analitiklər qeyd edib ki, videomateriallar və fotoşəkillər onu göstərir ki, Rusiya qoşunları Ukraynaya tammiqyaslı hərbi müdaxilə başlanandan hərbi obyektləri Krımın mülki rayonlarında yerləşdirir. 
 
Eyni zamanda Rusiyanın işğalçı hakimiyyəti Krımda Rusiya turizmini məsuliyyətsizcəsinə şirnikləndirir və bundan arxa platsdarm kimi istifadə edir.
 
Ekspertlər güman edir ki, rusiyalı hərbçilər ehtimal ki, hərbi obyektləri Krımın mülki rayonlarında məqsədyönlü şəkildə yerləşdirir və bununla  Ukraynanı zərbələrdən çəkindirməyə cəhd edir. 
 
Rusiya qoşunları tərəfindən Zaporojye AES və Ukraynanın işğal edikən qitə hissəsindəki məktəblərdən Rusiyanın hərbi texnikasının gizlədilməsi üçün istifadə etdiyi qeydə alınıb.
 
"Rusiya, ehtimal ki, "hərbi komandanlıq hərbi obyektlərin əhalinin sıx məskunlaşdığı və ya onlara yaxın rayonlarda yerləşdirilməsindən çəkinməlidir" bəyan ediıən beynəlxalq humanitar hüququ pozur", - ISW qeyd edib.
 
İyunun 23-də Krıma zərbə endirilib
 
Xatırladaq ki, iyunun 23-də rusiyalı hərbçilər Sevastopolda çimərlik üzərində bir raketi vurub. İşğalçılar bəyan edib ki, bu raket "HHM vasitələrinin işə düşməsi nəticəsində öz trayektoriyasından kənara çıxaraq şəhər üzərində döyüş hissəsi ilə birgə partlayıb".
 
Son məlumatlara görə, qalıqların düşməsi nəticəsində dörd nəfər, o cümlədən iki uşaq həlak olub, daha 151 nəfər zərər çəkib.
 
Həlak olanlar arasında Maqadan meri Oleq Averyanovun 9 yaşlı qızı da var. "Mən bu çimərlikdə qətlə yetirilən hər uşağa, hər zərərçəkənə görə qisas alacağam", - o, bəyan edib.
 
Yerli sakinlər hücum zamanı həyəcan siqnalının verilməməsi və sığınacaqların olmamasından şikayət edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
52
moderator.az

1Источники