RU

ReAL partiyası seçkiyə 13 namizədlə gedir – “Sayın az olması maddi vəziyyətlə bağlıdır...”

ReAL partiyası Siyasi Komitəsinin toplantısında qarşıdan gələn parlament seçkilərində iştirak edəcək üzvlərin siyahısı açıqlanıb.

“AzPolitika” xəbər verir ki, bu barədə partiya sədri İlqar Məmmədov bildirib. Onun sözlərinə görə, aşağıda adları qeyd olunan şxəslərin namizəd olacağı dəqiqləşib:

Erkin Qədirli

İlqar Məmmədov

Elçin Əliyev

Mahmud Mahmudov

Natiq Cəfərov

Toğrul İskəndərli

Rəsul Cəfərov

Zöhrab Əliyev

Samir Məmmədov

Elşən Ədalətli

Rüstəm Hidayətzadə

Vasif Novruzov

Razim Rzayev.

Partiya sədri əlavə edib ki, digər bir neçə üzvün namizədliyinə dair yaxın günlərdə əlavə məsləhətləşmə aparacağıq və bu həftənin sonuna qədər onların da qərarı veriləcək: “Namizəd sayının nisbətən az olması partiyamızın maddi imkanları ilə bağlıdır. Tək bu sayda namizədin uğurlu kampaniyasını keçirməyə vəsaitimiz çatar, hətta seçki vaxtı yığacağımız ianələr nəzərə alınmaqla. Odur ki, maddi resurs əsas götürülməklə, ən yaxşı nəticə göstərə biləcəyimiz dairə və şəxslər üzərindən kampaniya aparmaq qərarına gəldik”.

İ.Məmmədov onu da bildirib ki, üzvlərin hansı dairələrdən namizəd olacağını seçki rəsmən elan olunandan sonra elan edəcəklər.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
22
1
azpolitika.info

2Источники