RU

Ukraynanın gələcəyi Avropa İttifaqındadır

“Ukraynanın gələcəyi Aİ-dədir”.

NOCOMMENT.az xəbər verir ki, bu açıqlama ilə çıxış edən Almaniyanın xarici işlər naziri Annalena Berbokun sözlərinə görə, Ukrayna və Moldovanın Aİ-yə üzvlük danışıqlarının başlaması çox vacibdir.

Berbok bildirib ki, “Qoca qitə”nin təhlükəsizliyi Aİ və NATO-dan asılıdır:

“Putin təkcə Ukraynanı yox, həm də Avropa sülh nizamını pozmaq istəyirdi. O, bunun əksinə nail olub. Ukrayna əvvəlkindən daha çox Avropa İttifaqına bağlıdır. Ona görə də Ukrayna və Moldova ilə üzvlük danışıqlarının indi başlaması çox vacibdir. Çünki Avropa İttifaqı və NATO bizim hamımızın həyat sığortasıdır. Bu həm də Ukraynanın gələcəyi üçün lazımdır”.

Избранный
94
nocomment.az

1Источники