Çinin cənubundakı Quandun əyalətində güclü yağışın səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 47-yə yüksəldiyi bildirilib.
7NEWS.az xəbər verir ki, Quanqdonq əyalətinin Meycou əyalətində Sonqyuen çayının daşması nəticəsində meydana gələn daşqınlarda Pingyüen rayonunda 38 nəfər ölüb. Beləliklə, Meycouda daşqınlarda həyatını itirənlərin sayı 47-yə yüksəlib. Meyşian rayonunda 4 nəfərin, Ciaolinq rayonunda isə 5 nəfərin öldüyü daha əvvəl açıqlanmışdı.
7NEWS.az