RU

Sevgilisi ilə danışıb təyyarə reysini yubatdı

“İberia” aviaşirkətinin sərnişini sevgilisi ilə danışdıqdan sonra təyyarənin yola düşməsini bir saat yubadıb.

Medianews.az İtaliyanın “Corriere” nəşrinə istinadla xəbər verir ki, Turindən İspaniyanın paytaxtı Madridə uçmaq üzrə olan təyyarənin göyərtəsində fövqəladə vəziyyət yaranıb.

Belə ki, təyyarə artıq uçuş-enmə zolağına çıxdığı zaman sərnişinlərdən biri qəfil ayağa qalxaraq qışqırıb. O, təyyarəni saxlamağı tələb edib. Bildirib ki, təcili hava gəmisini tərk etməlidir.

“Corriere”nin məlumatına görə, sərnişinin bu davranışına səbəb sevgilisinin ondan uçmamasını və Turində onunla qalmasını istəməsi olub.

Ekipaj üzvləri kişi ilə danışıb və onu yola gətirməyə çalışıblar. Lakin əsəbi və qətiyyətli sərnişin dediyindən dönməyib. Məcburiyyət qarşısında qalan ekipaj üzvləri təhlükəsizlik baxımından həmin sərnişini hava gəmisindən endirmək qərarına gəliblər. Nəticədə təyyarə bir saat gecikmə ilə təyinat yerinə uçub.

Medianews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
24
medianews.az

1Источники