RU

Avropa İttifaqı Qabrelyanova sanksiya tətbiq etdi

Avropa İttifaqı “Life” layihəsinin yaradıcısı, “News Media” nəşriyyatının baş direktoru Aram Qabrelyanovu “qara siyahı”ya salıb.

KONKRET.az xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunan fərmanda deyilir.

Sənəddə qeyd olunur ki, Qabrelyanov media qrupunun köməyi ilə aqressiv təbliğat, saxta xəbərlər və dezinformasiyalar yayıb.

“Qabrelyanov Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və təhdid edən hərəkətləri dəstəkləyir və həyata keçirir”.

Natiq Səlim,

KONKRET.az

Избранный
183
konkret.az

1Источники