RU

Terrorçulardan biri partiyanın şöbə sədri imiş

Dünən Dağıstanda terror aksiyasında iştirak edən terrorçulardan biri Əli Zakariqayev Ədalətli Rusiya – Həqiqət uğrunda Partiyasının üzvü imiş.

Axar.az xəbər verir ki, bu barədə partiyanın verdiyi açıqlamada qeyd olunub.

Məlumata görə, Zakariqayev 2021-ci ilə kimi partiyanın Serqokalinsk rayonu şöbəsinin sədri olub.

Partiya bu gün Zakariqayevi sıralarından qovduğunu bildirib.

Qeyd edək ki, iyunun 23-də Dağıstanda baş verən terror aktları nəticəsində ən son məlumata görə 17 polis əməkdaşı öldürülüb. Antiterror əməliyyatı nəticəsində 5 terrorçu məhv edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
35
2
axar.az

3Источники