RU

Paris erməniləri tələyə saldı: Paşinyan uçuruma doğru gedir

Fransanın Ermənistana verdiyi dəstəyin və xüsusilədə prezident Emmanuel Makronun baş nazir Nikol Paşinyana olanzahiri "rəğbət"i emosiyalardan çox kənar, sırf siyasi hesablarüzərində qurulmuş nəsnələrdir.

Ermənistan ordusunun qalıqlarını sürətlə silahlandırmağabaşlamış Fransanın tələsdiyi aşkar görünür. Belə ki, 155 mm çaplı"Ceasar" özüyeriyən artilleriya qurğularının (ÖAQ) Ermənistanaverilməsi prosesi 15 ay kimi həddən ziyadə kiçik zaman kəsiyinətəsadüf edəcək.

Dövlətlərarası anlaşmalar əsasında silah və hərbi texnikatədarükü belə qısa müddət üçün hesablanmır, reallaşmır.

Fransa ermənilərə haubitsalardan savayı, "Bastion" zirehlitransportyorları, "Mistral" zenit-raket qurğuları və "Ground Master200" radiolokasiya qurğuları da verəcək.

Sadalanan texnika dünya silah bazarında ciddi qəbuledilmədiyindən rəsmi Paris onların PR-ını Ukrayna və Ermənistanvasitəsilə reallaşdırmaq fikrindədir.

Belə ki, "Ceasar" və "Bastion"lar indiyədək Fransanın birbaşatəsirindəki Afrika ölkələrinə, habelə Mərkəzi və Şərqi Avropadakıkiçik dövlətlərə satılıb. Alıcılar arasında bir neçə kiçik Asiyaölkəsi də var ki, bununla da siyahı bitir.

Ermənistan və Fransa arasında hərbi təlimlər və təhsil sahəsindəgeniş əməkdaşlıq mövcuddur. Fransız hərbi akademiyaları ermənizabitlər üçün təlim kursları təşkil edir və erməni zabitlərFransanın hərbi akademiyalarında təhsil alırlar.

Fransa Ermənistanın müdafiə sənayesinin inkişafına dəstək verir.2019-cu ildə Ermənistan Müdafiə Nazirliyi və Fransa MüdafiəNazirliyi arasında müdafiə texnologiyaları üzrə əməkdaşlıqmemorandumu imzalanıb. Bu memorandum çərçivəsində iki ölkə arasındamüdafiə texnologiyaları üzrə təcrübə və məlumat mübadiləsi həyatakeçirilir.

Ermənistan və Fransa arasında birgə hərbi təlimlər keçirilir. Butəlimlər hər iki ölkənin ordusunun əməliyyat qabiliyyətini artırmaqməqsədi daşıyır. Məsələn, builki birgə təlimlərdə erməni və fransızəsgərləri birlikdə müxtəlif ssenarilərdə təlim keçiblər.

2020-ci ildə Ermənistan və Fransa arasında hərbi əməkdaşlıqsahəsində 5 böyük layihə həyata keçirilib.

2021-ci ildə Ermənistan Müdafiə Nazirliyi və Fransa MüdafiəNazirliyi arasında 3 yeni müqavilə imzalanıb.

2022-ci ildə Ermənistanda keçirilən birgə təlimlərdə 200-dən çoxerməni və fransız hərbçi iştirak edib.

Fransanın hərbi akademiyalarında təhsil alan erməni zabitlərinsayı son 5 ildə 30% artıb.

Fransa Ermənistan üçün müxtəlif artilleriya sistemləri və hərbitexnika da satmağa hazırlaşır.

Həmin texnikaya nəzər salaq:

1. "Ceasar" artilleriya sistemi: bu sistem yüksək dəqiqlik vəatəş gücü ilə tanınır. CEASAR sistemi 155 mm-lik artilleriyatopları ilə təchiz olunub və uzaq məsafələrə dəqiq atışlar həyatakeçirə bilir.

2. "VAB" zirehli transportyoru: bu maşın həm əsgər daşıma, həmdə döyüş əməliyyatları üçün istifadə olunur. Yüksək manevrqabiliyyəti və zirehli qoruma təmin edir.

3. "ARAVIS" zirehli maşını: bu maşın yüksək təhlükəsizlik vəmüdafiə qabiliyyəti ilə seçilir və müxtəlif hərbi missiyalardaistifadə edilə bilir.

4. "Mistral" raket sistemləri: bu portativ hava hücumundanmüdafiə sistemi aşağı uçan təyyarə və helikopterləri məhv etməküçün istifadə olunur. "Mistral" sistemi yüksək dəqiqlik vəhərəkətlilik ilə tanınır.

5. "Dassault Mirage 2000": bu çoxməqsədli qırıcı təyyarə yüksəksürət və manevr qabiliyyəti ilə tanınır.

6. "Eurocopter AS532 Cougar": bu çoxməqsədli helikopter yüksəkyükqaldırma qabiliyyəti və təhlükəsizlik təmin edir.

7. "Thales Raytheon Systems": bu sistem hava məkanı nəzarəti vəerkən xəbərdarlıq üçün istifadə olunur. Yüksək dəqiqlik vəetibarlılıq ilə seçilir.

8. "Syracuse" rabitə peykləri: bu peyklər Ermənistanın rabitəimkanlarını artırmaq və təhlükəsiz əlaqə təmin etmək üçün istifadəolunur.

9. "Famas" tüfəngi: bu avtomatik tüfəng yüksək dəqiqlik və atəşsürəti ilə tanınır. Yaxın döyüşlər üçün idealdır.

10 "Pamas G1" tapançası: bu tapança şəxsi müdafiə üçün istifadəolunur və yüksək etibarlılıq ilə seçilir.

Ermənistan və Fransa arasında imzalanmış müqavilələrçərçivəsində gələcək illərdə də əlavə silah və texnika tədarükügözlənilir. Ermənistanın baş naziri Nikol Paşinyan bölgədə sülh vəstabillikdən çox danışsa da, rəsmi İrəvan ordusunu sürətləsilahlandırmaq yolunu seçib. Belə ki, Ermənistan orduya vəsilahlanmaya dövlət büdcəsindən ayırdığı xərcləri 2022-ci ildəki800 milyon dollardan bu il 1,5 milyard dollara çatdıracaq.

Fransanı hami və havadar hesab etmələrinə rəğmən, ermənilər yenihərbi texnikanı, silahları və sursatları Hindistandan almağaüstünlük verir: İrəvanla Dehli arasında hərbi-texniki əməkdaşlıqsahəsində imzalanmış müqavilələrin ümumi həcmi artıq 1 milyarddolları keçib.

Ermənistan Hindistandan aldığı və bundan sonra alacağısilahların, hərbi texnikanın çeşidinə nəzər salaq:

1. "Pinaka" reaktiv yaylım atəşi sistemi: Hindistanın müdafiəsənayesi tərəfindən inkişaf etdirilən bu çoxlüklü raket sistemiyüksək dəqiqlik və atəş gücü ilə tanınır.

2. "TATA Kestrel" zirehli maşını: bu maşın həm əsgər daşıma, həmdə döyüş əməliyyatları üçün istifadə olunur.

3. "BMP-2" zirehli maşını: Hindistanın müdafiə sənayesitərəfindən modernləşdirilən bu maşın müxtəlif hərbi missiyalardaistifadə edilə bilər.

4. "Akash" raket sistemi: bu yer-hava raket sistemi müxtəliftəhdidlərə qarşı effektiv müdafiə təmin edir.

5. "HAL Dhruv" helikopteri: bu çoxməqsədli helikopter yüksəkyükqaldırma qabiliyyəti və təhlükəsizlik təmin edir. Müxtəlifmissiyalarda istifadə edilə bilər.

6. "HAL Chetak" helikopteri: bu helikopter sərnişin daşıma vəaxtarış-xilasetmə əməliyyatları üçün istifadə olunur.

7. "BEL EW" sistemləri: Hindistanın "Bharat Electronics Limited"şirkəti tərəfindən istehsal olunan bu sistemlər elektron müharibəvə rabitə təmin etmək üçün istifadə olunur.

8. "Insas" tüfəngi: bu avtomatik tüfəng yüksək dəqiqlik və atəşsürəti ilə tanınır.

9. "Browning Hi-Power" tapançası: bu tapanca şəxsi müdafiə üçünistifadə olunur.

Fransanın əsas məqsədi Ermənistan vasitəsilə Cənubi Qafqazdageosiyasi təsir imkanlarına yiyələnmək, rəsmi İrəvanın MDBölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT)tərk etməsinə və xarici siyasətində aşkar Qərbə meyillənməyəüstünlük verməsinə nail olmaqdır.

Bununla yanaşı, Fransa prezidenti Emmanuel Makronun liberallaramənsub olduğunu nəzərə alsaq, Paris və ümumiyyətlə, Avropaİttifaqının liberal siyasi isteblişmenti ABŞ-nin Cənubi Qafqazdagüclənməsindən narahatdır. Birləşmiş Ştatlarda keçiriləcəkprezident seçkilərində mühafizəkar respublikaçı Donald Trampınqələbəsinin ehtimal payının yüksək olduğu bəlli. Makron və onunmənsub olduğu psevdoliberal düşərgə ciddi təlaşdadır.

Üstəlik, Fransada ifrat sağçıların və mühafizəkarlarınpopulyarlığının artması, Makronun reytinqinin 24 faizə düşməsiölkədə keçiriləcək parlament seçkilərində Parisdəki indikiiqtidarın vəziyyətini olduqca çətinləşdirəcək.

Məhz bu səbəbdən Fransada məğlub olmamaq üçün Makron ifratsağçıların və mühafizəkararın elektrotatını öz tərəfinə çəkmək,həmin seçicilərin rəğbətini qazanmaq və "Böyük Fransa uğrundaçalışdığını" göstərmək üçün xarici siyasətində neoimperialistməzmunu xeyli gücləndirib.

Afrikadakı sabiq müstəmləkələrdən Fransanın biabırçı şəkildəkənarlaşdırılmasını, bəzi ölkələrdənsə qovulmasını da xatırlasaq,Emmanuel Makronun Ermənistanla bağlı absurd təsiri bağışlayantələsik və təhlükəli qərarlarının səbəbi aşkarlanır.

Fəqət Emmanuel Makronun partiyası Fransadakı parlamentseçkilərində qalib gəlsə belə (!), Paris İrəvana verdiyi vədlərintam əksəriyyətini yerinə yetirə bilməyəcək: səbəb bəsitdir -Makronun Ukraynaya verdiyi vədlərin 99 faizi hələ də söz olaraqqalır.

Nikol Paşinyan isə ABŞ, Fransa və Avropa İttifaqı ilə daha dayaxınlaşmaq, əlaqələrlə təmasları daha aktiv etmək üçün bütünvasitələrdən istifadə etməyə çalışır.

Halbuki indiki şəraitdə İrəvanın Qərbə meyilli siyasəti yalnızvədlərin alınması və sakitləşdirici-şirnikləndirici bəyanatlarınqəbulu ilə bitir.

Rusiya ilə əlaqələrin minimuma endirilməsi hesabına Qərbəyaxınlaşmaq taktikası ermənilər üçün ağır fəsadlar verəcək.

Fransanın Cənubi Qafqazda əsas niyyəti Rusiya ilə bölgədə sərtqarşıdurmaya getmək və prosesdə Ermənistandan istifadəetməkdir.

Ona görə də həmin qarşıdurmada əsas və ilk qurban elə Ermənistanolacaq.

Ermənilər problemi sadə yolla həll edə bilərlər: bunun üçünregionda sülh və stabillik bərqərar olmalı, Ermənistan qonşularıAzərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
66
5
az.trend.az

6Источники