RU

Delimitasiya çərçivəsində Kirants-Açarkut yolunda partlayış işləri aparılacaq

Ermənistanın Tavuş vilayətində Kirants (Güney) - Açarkut yolunda partlayış işləri aparılacaq.
 
Ermənistan KİV-i xəbər verir ki, bu barədə Yol idarəsi məlumat yayıb.
 
Bildirilib ki, iyunun 24-də saat 14:00-da yol tikintisi işləri ilə əlaqədar Kirants-Açarkut yolunda partlayış işləri aparılacaq.
 
Məlumata görə, sərhədlərin delimitasiyası çərçivəsində kəndin girişindəki yol körpüsü Azərbaycana verildikdən sonra Açarkutdan keçən yol Kirants kəndinə gediş-gəliş üçün alternativ marşruta çevriləcək. /Report/
 
Избранный
96
31
moderator.az

10Источники