Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:
"Bu şəxslər onilliklər boyu Azərbaycan ərazisində hərbi cinayətlər törədiblər. Onların hərbi cinayətlərinin nəticələri hələ də Azərbaycanda özünü göstərməkdədir. Bunların yerləşdirdiyi minalar hələ də Azərbaycana qarşı mina terroru üzərindən müharibənin dayandırılması xarakteri daşıyır. Erməni separatçı, terrorçuların rəhbərlərinin Bakıda mühakimə olunması hüquqi məsələdir. Bunun siyasətlə və ya sülh prosesi ilə heç bir əlaqəsi yoxdur. Üstəlik, Paşinyan hakimiyyəti, yəni Ermənistan belə bu adamlarla bağlı ciddi mövqe tutmur. Hərdən gündəmə gətirirlər, vəssalam. Onların geri tələb olunması, geri qaytarılması məsələsi Azərbaycan-Ermənistan sülh prosesinin danışıqlar mərhələsinin müzakirə mövzusu deyil. Ona görə də avropalılar Azərbaycana qarşı ittihamlar irəli sürməklə bundan pul qazanırlar, erməni diasporundan rüşvət alırlar. Eyni zamanda bunu Azərbaycana qarşı təzyiq vasitəsinə çevirməyə çalışırlar ki, bu da mümkün deyil. Azərbaycan dövləti Qərb, Avropa Birliyi rüşvətxorlarının təzyiqləri qarşısında geri çəkiləcək dövlət deyil. Azərbaycan bütün bunların hamısına müqavimət də göstərə bilər, hamısının qarşısında duruş da gətirə bilər. Jozep Borrel başda olmaqa avropalı rüşvətxorların Azərbaycana qarşı ittihamları rəsmi Bakının mövqeyində heç bir dəyişiklik edə bilməz".
Qiymət Mahir