RU

Ukraynanın iki sabiq naziri haqqında qiyabi həbs qərarı çıxarıldı

Moskvanın Basmannı rayon məhkəməsi Ukraynanın keçmiş informasiya siyasəti naziri Yuri Stets və ölkənin Ədliyyə Nazirliyinin keçmiş rəhbəri Pavel Petrenko haqqında qiyabi həbs qərarı çıxarıb.

KONKRET.az Rusiya mediasına isrinadən xəbər verir ki, onlar qadağan olunmuş döyüş vasitələrindən və üsullarından istifadə maddəsi ilə ittiham olunublar.

“Məhkəmə İstintaq Komitəsinin vəsatətini təmin edib və Stets və Petrenko haqqında tutulduqları və ya Rusiya Federasiyasına təhvil verildikləri andan iki ay müddətinə həbs qətimkan tədbiri seçilib”, – TASS bildirib.

Bundan əvvəl istintaq hər iki ukraynalı siyasətçinin həbsini tələb etmişdi. Rusiya Federasiyası Daxili İşlər Nazirliyi onları hələ bu ilin mayında axtarışa verib.

Orxan

KONKRET.az

 

Избранный
122
konkret.az

1Источники