RU

"Bu, yeni dünya müharibəsi deməkdir" - Şimali Koreyadan ABŞ-yə SƏRT XƏBƏRDARLIQ

"ABŞ-nin Ukraynadakı münaqişədə iştirakı yeni dünya müharibəsinə səbəb ola bilər". 


Sfera.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Şimali Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin katibi Pak Çunq Çon bildirib.

 

Çunq Çonun sözlərinə görə, Vaşinqton Ukraynanı Rusiya ilə proksi müharibəyə sövq etməkdə davam edərsə, bu, Moskvanın qəti reaksiyasına səbəb olacaq və qlobal münaqişəyə gətirib çıxaracaq.

 

"Ukrayna Silahlı Qüvvələri Rusiya hədəflərini Amerika silahları ilə vurarsa, Rusiya Federasiyasının istənilən cavab zərbəsini seçmək hüququ var" - Park Çunq Çon əlavə edib.


Xatıraladaq ki, bundan əvvəl ABŞ bəyan edib ki, Şimali Koreya ilə razılaşma imzalamaqla Putin Qərbə meydan oxuyub.

 

Əzizə

Избранный
114
3
sfera.az

4Источники