RU

Məşhur rus reper inoagent kimi həbs olunur?

Rusiyada "inoagent" elan edilmiş  məşhur reper Morgenştern (Alişer Tahiroviç)  cinayət məsuliyyətinə cəlb oluna bilər.

News365.az xəbər verir ki, bu barədə "Baza" məlumat yayıb. Qeyd edilir ki, artıq Moskva prokurorluğu Morqenşternə qarşı cinayət işi açıb.  "Qurumun məlumatına görə, Morqenştern inoagentin fəaliyyəti ilə bağlı proseduru pozduğuna görə il ərzində iki dəfə inzibati məsuliyyətə cəlb edilib. Lakin o, sosial şəbəkələrdə inoagentlə bağlı müvafiq qeydləri göstərmədən yazılar dərc etməyə davam edib. Hazırda araşdırma və yoxlama materialları cinayət işinin başlanması məsələsini həll etmək üçün Daxili İşlər Nazirliyinə göndərilib", - paylaşımda yazılıb.

Qeyd edək ki, Morgenştern rus gənclər və ümumilikdə rep həvəskarları alasında xeyli populyardır. 

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
news365.az

1Источники