RU

İnternetdə Dağıstan terrorçularının yazışması yayıldı - FOTO

Sosial şəbəkələrdə Dərbənd və Mahaçqalada terror hücumları hazırlayan silahlıların söhbəti olduğu iddia edilən "skrinşot"lar yayılıb. News365.az xəbər verir ki, bu barədə "Baza" Telegram kanalı məlumat yayıb. Qeyd edilir ki, "skrinşot"a əsasən Dərbənd kilsəsindəki Nikolay ata əsas hədəf olub.

"İlk öldürülənlərdən biri Nikolay ata olub. 40 ildən artıq kilsədə xidmət etmiş ruhaninin Lenin küçəsindəki Müqəddəs Məryəmin Şəfaət Kilsəsi yaxınlığında boğazı kəsilib. Bundan sonra hücum edənlər kilsəni yandırmağa cəhd ediblər və daha sonra polislə atışıblar. Qeyd edək ki, "skrinşotun" reallığı əks etdirməsi hələlik rəsmi şəkildə təsdiqlənməyib. Hücum edənlər darginlər olub, mesajdakı söhbətlər isə avar dilində (Avar və Darginlər Dağıstan xalqlarıdır-red.) yazılıb", paylaşımda yazılıb.

Xatırladaq ki, Dərbənd və Mahaçqalada naməlum şəxslər iki pravoslav kilsəsinə, sinaqoqa və yol polisi postuna hücum ediblər. İyunun 24, 25 və 26-sı Dağıstanda matəm günləri elan edilib.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
39
news365.az

1Источники