RU

Yeni Kaledoniyada xalq yenə də küçələrə çıxdı

Yeni Kaledoniyada bazar və bazar ertəsinə keçən gecə iğtişaşlar baş verib.

Publika.az xəbər verir ki, xarici KİV-in məlumatına görə, etirazçılarla polis arasında toqquşma olub.

Etirazçılar Kumaka şəhər meriyasının, Dumbada bələdiyyə polisinin binalarını yandırıb, Maraisdə jandarma qüvvələrinə hücum olub, Numeanın müxtəlif ərazilərində iğtişaşlar olub.

Bundan əlavə, etirazçılar avtomobilləri yandırıb, yolları bağlayıblar.

İğtişaşlar, keçən ay iğtişaşların təşkilində ittiham olunan 7 müstəqillik tərəfdarının həbs olunaraq Fransaya göndərilməsindən sonra başlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
publika.az

1Источники