Sakit okeanda yerləşən Vanuatu adası sahillərində 6,3 bal gücündə zəlzələ olub.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin (USGS) məlumatında bildirilib.
Məlumata görə, zəlzələnin episentri Port Olri şəhərindən 51 kilometr şimal-şərqdə yerin təxminən 156 km dərinliyində yerləşib.
Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.
İtki və tələfat barədə hələlik məlumat yoxdur.
Zərif Sofiyeva