RU

Paşinyanın ciddiyə almadığı keşiş: "Hərəkat sönməyib, "sönənlər" getsin"

Bir neçə gün əvvəl politoloq Artsrun Pepanyan erməni mediasına müsahibəsində bildirmişdi ki, keşiş Baqratın hərəkatı heç bir şeyə nail olmadan sönür:”Müşahidələrimə görə, hakimiyyətin dəyişməsi ehtimalı azdır. Bu barədə hələ mayın 18-də yepiskopun (keşiş Baqrat) dəvət etdiyi mədəniyyət xadimləri ilə görüşdəki çıxışımda demişdim. Hakimiyyət dəyişikliyi üçün iki şərt lazımdır: birincisi, lazımi sayda insan küçəyə çıxmalıdır, ikincisi, güclü xarici qüvvələrin lazımi dəstəyi olmalıdır. Bunların heç biri baş vermədi və mən bunu da gözləyirdim”.
Pepanyandan hələ 10 gün əvvəl, 12 iyun- mitinqlərin ən gur zamanında eyni fikirləri politoloq Hayk Saakyan da söyləmişdi.


Əslində keşişə böyük ümidlə qoşulan ermənilər də anlayır ki, hərəkat mənasız nəticələrə gətirib çıxaracaq.
Ümumiyyətlə dövlət bu etiraz aksiyalarını ciddi qəbul etmədiyini deməsə də, hərəkət və danışıqları ilə bunu sərgilədi.

Ermənistanın Baş naziri Nikol Paşinyanın 15 iyunda Zəngəzura səfəri çərçivəsində İrəvan-Arazdəyən-Gorus-Mehri-İran sərhədi avtomobil yolundakı tikinti işləri ilə tanış olması,
17-sində Qubadlı rayonu ilə sərhəddə yerləşən Şurnux kəndinə gəlib, orada sərhəddən köçürülən erməni ailələri üçün tikilmiş evlərin püşkatma üsulu ilə bölünməsində iştirak etməsi fikirlərimizə sübutdur.
Daha sonra ötən gün keşiş Baqrat Qalstanyan mitinqlərin yeni mərhələsinin başlanacağını elan etdiyi bir vaxtda Ermənistanın baş naziri Nikol Paşinyanla həyat yoldaşı Anna Akopyanın təbiət qoynunda dincəldiyini əks etdirən görüntülər yayıldı.
Əlbəttə ki, hərəkatın söndüyünün, ictimaiyyətin əvvəlki kimi Baqrata inanmadığı Baqratın özünə də bəllidir. Amma keşişin revanşist, eyni zamanda , araqarışdırıcı və separatçı olması inadından dönməyə imkan vermir. Necə olsa da neçə aydır özünü hakimiyyətdə “baş nazir” kimi xəyal edir.
Odur ki, bu gün keşiş Baqrat bu gün açıqlama verib: Bu qədər potensialı olan xalqı məğlub etmək olmaz, bizim yeganə alternativimiz qələbədir, Ermənistanın qələbəsi gələcəyin qələbəsidir, sülh və barışıq qələbəsidir”.
Hətta fikirlərində qəti olduğunu, gələcəkdə istəklərinə çatacağına əminlik ifadə edərək: Hərəkatın öldüyünü düşünənlər, özlərini hərəkatdan kənarlaşdırsınlar” deməkdən də çəkinməyib.

 Əntiqə Rəşid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
42
adalet.az

1Источники