RU

Dağıstandakı terror aktının sifarişçiləri AÇIQLANDI

"Dağıstandakı terror aktının arxasında Qərb kəşfiyyat xidmətləri dayana bilər".Bunu "NEWS.ru"ya açıqlamasında Rusiyanın Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Viktor Sobolev deyib.Onun sözlərinə görə, Qərb Rusiyaya qarşı hibrid müharibə aparır. "Dəqiqliklə demək olar ki, bu hadisələrin arxasında Qərb xüsusi xidmət orqanları dayanır. Onlar Rusiyaya qarşı hibrid müharibə aparırlar. Cəbhələrdə məğlubiyyətlər səbəbindən Rusiyaya qarşı terrorçu fəaliyyətlər güclənir, - deyə deputat bildirib.Rusiyalı deputata görə, Şimali Qafqazda baş verən hər hansı terror aktı Qərb xüsusi xidmət orqanlarının işidir. O, son hadisələrin arxasında ABŞ, Böyük Britaniya və ya digər Avropa ölkələrinin dayana biləcəyini iddia edib. "Onlar Rusiyada vəziyyəti gərginləşdirməyə çalışırlar. "ATACMS" raketləri ilə Sevastopola kütləvi hücum edilib. Bunu yalnız ABŞ hərbçiləri öz kosmik kəşfiyyat və naviqasiya məlumatları əsasında edə bilərlər. Burada heç bir şübhə yoxdur", - deyə parlament üzvü əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
70
1
bolgexeber.com

2Источники