RU

Gözəllik yarışmasında ilk: 71 yaşlı qadın da iştirak edəcək

71 yaşlı qadın gözəllik müsabiqəsinin ən yaşlı iştirakçısı kimi tarixə düşəcək. Marissa Teijo bu həftə sonu Hyustonda "Miss Texas ABŞ" müsabiqəsində yarışan digər iştirakçılara qoşulub.

Herbiand.az bildirir ki, bu barədə NBC News xəbər verib.

Qalib Texas ştatını "Miss ABŞ" müsabiqəsində təmsil edəcək. "Miss Kainat" Təşkilatı bu yaxınlarda qaydaları daha əhatəli etmək üçün dəyişib. 18 yaşdan yuxarı müsabiqə iştirakçıları üçün yaş məhdudiyyətlərini aradan qaldırılıb. Artıq evli, boşanmış, hətta hamilə qadınların da iştirakına icazə verilib.

71 yaşlı El Paso sakini İnstaqram səhifəsində yarışmaqdan həyəcanlandığını və bunun "qadınları fiziki və əqli cəhətdən ən yaxşısı olmağa və hər yaşda gözəllik olduğuna inanmağa ruhlandıracağına" ümid etdiyini yazıb.

Bəxtiyar CƏFƏRLİ

Избранный
113
7
herbiand.az

10Источники