RU

Prorektor Mahirə Hüseynova: Məqsədimiz Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır

Prorektor

Bakı, 24 iyun, AZƏRTAC

Azərbaycan təhsili dünya təhsil sisteminə inteqrasiya edir. Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) müxtəlif ixtisaslar üzrə müəllim hazırlanır. Onların dünya standartları səviyyəsinə çatması üçün yeni ixtisaslar da yaradılır. Bu il türk dili və ədəbiyyatı ixtisası üzrə 25 nəfərlik bir qrup açmışıq. Qrupun məzunları Bakıda istənilən türk liseylərində və məktəblərində işlə təmin oluna biləcəklər. Eyni zamanda, həmin tələbələrimiz bakalavrı bitirən kimi, magistratura səviyyəsində təhsillərini davam etdirəcəklər. Magistr dərəcəsi aldıqdan sonra Türkiyənin müxtəlif universitetlərində çalışa biləcəklər. 2020-ci ildə ADPU və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə saziş imzalanıb. Bu il üçüncü məzun buraxılışımız oldu. Bununla yanaşı, universitetimizin həm MDB ölkələri, həm türk, həm də Avropa dövlətləri ilə əlaqələri var. Bu əlaqələr tələbə mübadiləsi və müəllimlərin ixtisas artırılması yönümündə qurulub. Müəllimlərimiz Rusiyanın, Danimarkanın və başqa ölkələrin mübadilə proqramlarında iştirak edirlər, beynəlxalq konfranslarda təmsil olunurlar, mükafatlar alırlar. Onlar Özbəkisan universitetlərində bizim dərslikdən istifadə edərək “Türk xalqları ədəbiyyatı” fənnini tədris edirlər.

Bu barədə AZƏRTAC-a ADPU-nun prorektoru professor Mahirə Hüseynova məlumat verib. M.Hüseynova xatırladıb ki, 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutu ADPU-ya qoşulub və onun 7 filialı (Qazax, Zaqatala, Şəki, Quba, Ağcabədi, Cəlilabad, Şamaxı) Pedaqoji Universitetin strukturuna çevrilib. Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə birləşdirilməklə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstərməyə başlayıb. 2016-cı ildə Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə birləşdirilməklə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstərir. Müəllim və tələbələrdən ibarət 21 mindən yuxarı kontingentimiz var. Beş bölgədə-Ağcabədi, Şamaxı, Quba, Cəlilabad, Şəkidə institutun filialları fəaliyyət göstərir. Hər bir bölgədə fəaliyyət göstərən filiallarla geniş əlaqələrimiz var.

Professor M.Hüseynova Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun təşkilatçılığı ilə fəaliyyətə başlayan Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Türkoloji Mərkəzinin fəaliyyətindən, elmi araşdırmalardan bəhs edib. M.Hüseynova Pedaqoji Universitetdə Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Türkoloji Mərkəzin fəaliyyətə başlamasının həm universitet, həm də dövlətimiz üçün əhəmiyyətli hadisə olduğunu vurğulayıb.

Prorektor Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda keçirilən olimpiadanı yüksək qiymətləndirib: “Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir. “Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi Naxşıvanda təşkil olunub. IX və X sinif şagirdlərinin iştirak etdikləri olimpiadanın finalında 36 şagird bilik və bacarığını sınayıb. Olimpiadada 18 qalib seçilib. Gələcəkdə bu mövzuda Türkiyə ilə birgə tədbirlərin keçirilməsi planlaşdırılır. Bu məqsədlə bir qrup ziyalı Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir ilə görüşüb. Məqsədimiz birgə tədbirlər keçirərək Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
34
azertag.az

1Источники