RU

Marin Le Pen Makronu üstələyəcək

Fransada qarşıdan gələn parlament seçkilərinin qalibi Marin Le Penin “Milli Birlik” partiyası olacaq.

“İki sahil” “La Tribune” qəzetinə istinadla xəbər verir ki, bunu “Ipsos”un keçirdiyi sorğunun nəticələri göstərir.

Qeyd edilib ki, respondentlərin 35,5 faizi “Milli Birlik” partiyasıya səs verməyə hazır olduğunu deyib.

Solçu qüvvələrin birliyi olan “Yeni Xalq Cəbhəsi” sorğuya əsasən, iyun 30-da və iyul 7-də keçiriləcək seçkilərdə 27 faiz səs toplayacaq. Respondentlərin yalnız 20 faizi hazırkı Prezident Emmanuel Makronu dəstəkləyən “Birlikdə” siyasi alyansına səs verməyə hazırdır.

Bundan başqa, seçici fəallığının 60-64 faiz arasında olacağı gözlənilir.

Başqa bir sorğuya görə, fransızlar iqtisadi məsələlərin həllində ən çox Marin Le Penin partiyasına güvənirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
29
4
ikisahil.az

5Источники