RU

Avropa İttifaqı Rusiyadan əl çəkmir: 15-ci də hazırlanır

Avropa İttifaqı (Aİ) ölkələri 14-cü məhdudiyyətlər paketinin qəbulundan dərhal sonra Rusiyaya qarşı 15-ci sanksiyalar paketi üzərində işə başlayacaqlar.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın xarici işlər naziri Elina Valtonen Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşündə bildirib.

“14-cü sanksiyalar paketinə sevinirəm, onun müzakirəsi çox vaxt apardı. Əlbəttə, növbəti paket üzərində iş dərhal başlayacaq”, - deyə xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.

Qeyd edək ki, artıq Avropa İttifaqı ölkələri Rusiyaya qarşı 14-cü sanksiyalar paketini təsdiqləyib. Paketə Rusiya mayeləşdirilmiş təbii qazının (LNG) Avropa limanlarından tranzitinə məhdudiyyətlər daxildir. Həmçinin Rusiyanın 116 fiziki və hüquqi şəxsinə qarşı sanksiyalar da tətbiq edilib.

Избранный
65
publika.az

1Источники