RU

Şahin Diniyev Türkiyənin zəif nöqtələrini göstərib, sürpriz gözlədiyi yığmanın adını çəkdi

"Türkiyə bizə qardaş ölkədi. Onların qitə çempionatında daha yaxşı çıxışı edib, maksimum irəli getməsini istəyirəm. Amma görünən odur ki, "ay-ulduzlular"ın potensialı zəifdi". Bu sözləri "Sport24.az-a açıqlamasında Şahin Diniyev deyib.
"Səbail"in baş məşqçisi Türkiyə millisinin oyun planında zəif təsir bağışladığını vurğulayıb: "Montellanın komandası Gürcüstanı məğlub etdiyi matçda da oyun planında zəif təsir bağışladı. Komanda hücumçusuz oynayır, müdafiədə ciddi boşluqları var. Portuqaliya ilə görüşdə bütün çatışmazlıqlar daha qabarıq gözə dəydi. Qapıçının sıradan çıxması, mərkəz müdafiəçisinin də cəzalı duruma düşməsi qardaş ölkənin millisini daha ağır vəziyyətə saldı. Amma ümidsizliyə qapılmağın da tərəfdarı deyiləm. Unutmayaq ki, Türkiyə yığmasında milli ruh həmişə güclüdü. Məhz bunun sayəsində toparlanıb, ayağa qalxacaqlarını gözləmək olar. Onlar bunu dəfələrlə edib".
Yığmamızın sabiq baş məşqçisi turnirin favoritləri və sürpriz gözlədiyi komanda haqqında da danışıb: "İngiltərə yığması sanki tam açılışmayıb. Onlarda qeyri-müəyyənlik görürəm. Sərgilədikləri oyuna görə İspaniya, Fransa və Almaniyanı favorit hesab edirəm. Xoşuma gələn komanda Avstriyadı. Onlar kreativ futbol sərgiləyir. Hesab edirəm ki, avtriyalılar sürpriz edə bilər". ABDULLA İSMAYILOĞLU

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
sport24.az

1Источники