RU

Rusiyaya qarşı 14-cü sanksiyalar paketi təsdiqlənib

Rusiyaya

Avropa İttifaqı (Aİ) Şurası Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə əlaqədar Rusiyaya qarşı yeni, 14-cü sanksiyalar paketini təsdiqləyib.

Reyting.az
-ın məlumatına görə, Aİ Şurasının bəyanatında deyilir ki, məhdudiyyətlər Rusiya iqtisadiyyatının enerji, maliyyə və ticarət kimi yüksək dəyərli sektorlarına yönəlib və Aİ-nin sanksiyalarından yan keçməyi daha da çətinləşdirir.

Sanksiyalar “Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən hərəkətlərə görə məsuliyyət daşıyan” 116 şəxs və şirkətə şamil edilir.

Məlumata görə, sanksiyalar Rusiyanın mayeləşdirilmiş təbii qazına (LNG) təsir göstərir və onun Avropa limanlarından tranzitinə məhdudiyyətlər qoyur. Aİ Rusiyadan LNG almağa davam etsə də, onun təkrar ixracını qadağa qoyulacaq. Aİ, həmçinin tikilməkdə olan LNG layihələrinin tamamlanması üçün yeni sərmayələri, eləcə də mal, texnologiya və xidmətlərin tədarükünü qadağan edəcək.

Avropa İttifaqı Avropa mediasına, siyasi partiyalara, fondlara və qeyri-hökumət təşkilatlarına Rusiya dövlətindən və onun etibarlı nümayəndələrindən maliyyə almağı qadağan edib.

Sanksiyalar həmçinin Rusiyanın “kölgə” donanmasına da məhdudiyyətlər qoyur; 27 gəmi sanksiyalara məruz qalır. Onların Avropa limanlarına girişi, Aİ şirkətlərinin isə onlara xidmət göstərməsi qadağandır.

Aİ Şurasının bəyanatında deyilir ki, Avropa İttifaqı ilk dəfə olaraq “Rusiyanın Ukraynaya qarşı müharibəsinə töhfə verən” xüsusi gəmilərə qarşı tədbirlər görüb.

Bundan əlavə, Avropa İttifaqı 61 təşkilatı Ukraynaya qarşı müharibədə Rusiyanın hərbi-sənaye kompleksinə birbaşa dəstək verməkdə ittiham edib. Türkiyə, Çin və BƏƏ-də yerləşən şirkətlər ikili təyinatlı mallar və texnologiyalar üzrə daha sərt ixrac məhdudiyyətlərinə məruz qalıblar.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
46
1
reyting.az

2Источники