RU

Ermənistanın dostu nə zaman istefa verəcək?

Fransa Prezidenti Emmanuel Makron Olimpiadanın başlanmasına bir həftə qalmış istefa verə bilər.

Bu barədə "Bellingcat" nəşri məlumat verib.

Sağ partiyanın Avropa parlamentinə seçkilərdə qələbə qazanması və Fransanın özündə keçiriləcək parlament seçkiləri Makron üçün neqativ faktorlara çevrilib.

Həmçinin, ölkənin Olimpiadaya hazırlığı zəifdir, terror təhlükəsi səviyyəsi isə Olimpiada oyunlarının bütün tarixi boyunca ən yüksək səviyyədədir.

Bu fonda Makron istefa verməklə"simasını xilas etməyə" cəhd edə və bununla da baş verəcək bütün hadisələrə görə məsuliyyəti yeni hökumətin üstünə yıxa bilər.

Bəlli olduğu kimi, bu günlərdə Fransa və Ermənistan arsında Parisin İrəvana özüyeriyən, 45-50 km mənzilə malik 36 ədəd yüksək dəqiqlikli özüyeriyən artilleriya qurğusu - "Sezar" haubitsaları satması barədə saziş imzalanıb. Həmin topların əsas xüsusiyyətlərindən biri hədəfə doğru kosmosdan yönləndirilməsidir. Politoloq Bəxtiyar Tuncayın açıqlamasına görə, Ermənistanın belə bir imkanı olmadığından, bu toplar baş verə biləcək savaşda istifadə edilərsə, ermənilərə koordinatları bilavasitə Fransa verməli olacaq. Bu isə Fransanın dolayısı ilə Azərbaycana qarşı savaşda iştirak etməsi anlamına gələ bilər.

Hürr Tərcüman

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
41
hurriyyet.az

1Источники