RU

“Avropa İttifaqının siyasətində şəxslər rol oynamır”-POLİTOLOQ

Macarıstanın Baş naziri Viktor Orban Avropa Komissiyasının sədri Ursula von der Leyenin dəyişdirilməsinə çağırıb. Bununla yanaşı, Viktor Orban Ursula von der Leyenin vəzifədə olduğu 5 ili ən pis dönəm kimi xaraktrezə edib. Ursula von der Leyen Azərbaycan üçün münasib diplomatdır.

Onun vəzifədən gedəcəyi təqdirdə Avropa Komissiyasının Azərbaycana münasibəti necə olacaq?

Mövzu ilə bağlı sualımız cavablayan politoloq Tural İsmayılov bildirdi ki, Avropa İttifaqının siyasətində şəxslər çox önəmli rol oynamır:

“Burada daha çox hansısa simalar üzərinə fokuslanmamalıyıq. Çünki söhbət daha çox təşkilatın vahid struktur siyasətindən gedir. Usula fon Der Leyen, sima olaraq Avropa İttifaqında kifayət qədər aktiv, bəzi məsələlərdə hətta kəskin mövqeyi olan xanım siyasətçi idi. Lakin Avropa İttifaqının Cənubi Qafqaza, Azərbaycan-Ermənistan məsələlərinə münasibəti Ursula fon der Leyenin siyasətindən daha çox, ümumiyyətlə, təşkilatın özünün yekdil mövqeyindən asılı olan bir məsələ məsələdir”.

 Politoloqun sözlərinə görə, yeni seçkilərdə Ursula fon Der Leyenin rəhbərlikdən getməsi təşkilatın Azərbaycanla münasibətlərində köklü dəyişikliklərə səbəb olmayacaq:

 “Bu gün Azərbaycan Avropa İttifaqının 1\3 enerji təhlükəsizliyi məsələsində strateji müttəfiqliyə və partnyorluğa malikdir. Azərbaycanın Avropa İttifaqı üçün bu kontekstdə böyük dəyəri və önəmi var və Avropa İttifaqı da Azərbaycanla münasibətlərə yanaşmasında bu kontekstdə bu prizmaya böyük diqqət edir. Cozef Borelin Azərbaycan əleyhinə açıqlamaları bizdə narazılıq yaratmışdı. Avropa Komissiyasında rəhbərin kim olmağından asılı olmayaraq, Azərbaycana yanaşmada vahid mövqelər mövcuddur”.

Emin ŞİRVANZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
herbiand.az

1Источники