RU

Məşhur reperə qarşı dələduzluq: Milyonlarda pulu oğurlandı

Dünyaca məşhur reper \"50 Cent\"in hesablarını oğurlayan fırıldaqçılar milyonlarla pul ələ keçiriblər.
 
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, \"50 Cent\" və onun milyonlarla sosial media izləyicisi kripto fırıldaqçılığının hədəfinə çevrilib.
 
Hakerlər məşhur reperin hesabını ələ keçirərək GUNIT adlı kriptovalyutanı təqdim ediblər.

Fırıldaqçılar 12 milyon izləyicisi olan \"50 Cent\"in X hesabından və internet saytından istifadə ediblər.
 
Reper isə \"Instagram\" hesabında \"X\" hesabının və internet saytının sındırıldığını açıqlayıb.
 
GUNIT ilə heç bir əlaqəsinin olmadığını bildirib.
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
35
azxeber.com

1Источники