RU

Paşinyan Koçaryan tərəfdarlarını qorxaq və fərrai adlandırıb - VİDEO

Paşinyan Koçaryan tərəfdarlarını qorxaqlıqda və fərarilikdə, həmçinin erməniləri Qarabağdan Ermənistana köçməyə çağırmaqda ittiham etdi.

Ednews xəbər verir ki, o çıxışı zamanı bu fikirləri bildirib:

"Sentyabr 2023-cü ilə qayıdaq, o zaman bütün müxalifət və Qarabağdakı həmkarlarımız məni ittiham edirdilər ki, guya sərhədi bağlamışam ki, Qarabağ xalqı Respublikadan çıxmasın. Siz və təyin etdiyiniz hakimiyyət Qarabağı boşaltdınız. Biz onlara problemi həll etmək üçün nə etmək lazım olduğunu dedik. Ora siz zəng edirdiniz və deyirdiniz ki, orduya gəlsinlər. Bilirsiniz niyə? Çünki 1998-ci ildən sonra Qarabağın taleyinə laqeyd idiniz. Qarabağ xalqı sizə yalnız öz hakimiyyətinizi qorumaq üçün lazım idi və indi siz Ermənistan xalqı ilə də eyni şeyi etmək istəyirsiniz. Müharibə zamanı elə insanlar var idi ki, Qarabağ xalqının sona qədər mübarizə aparacağını iddia edirdilər. Azərbaycanın hərbi əməliyyata başlamasına 2 saat qalmış həmin adamlar mənə zəng edib ora qaçmaq istədiklərini bildirdilər. Bu gün həbsdə olan bütün insanlar qorxaq fərarilərdir. Onlar uzun illər həbsdə qalmalıdırlar. Bu, Ermənistanın ləyaqət məsələsidir".

 

 

Xəyal 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
ednews.net

1Источники