RU

3500 yaşı olan tapıntının üzərindəki təsviri Simpsona bənzədirlər - Fotolar

3500

Avropalı alimlər və yerli arxeoloqlar qrupu Misirdə qazıntılar zamanı 3500 yaşı olan bənzərsiz sarkofaq tapıblar.

Reyting.az
-ın məlumatına görə, sarkofaqın üzərindəki qadın təsviri "Simpson" cizgi filminin əsas qəhrəmanı Mardj Jaklin Simpsona bənzəyir.

Sarkofaqın XX sülalə dövrünə aid olduğu deyilir. Alimlərin fikrincə, bu dövrdə artıq artefaktların bəzilərinə yeni, gözoxşayan detallar əlavə edilib, nəticədə isə çox mürəkkəb dizaynları ilə seçilən, həmçinin əl işləri olaraq bənzərsiz qarşılanan, həm də yüksək təbəqə üçün nəzərdə tutulmuş sənət əsərləri yaranıb.

Alimlər qeyd ediblər ki, sarkofaq üzərindəki iş onun mahir ustalar tərəfindən düzəldiyini göstərir.





Oqtay QORÇU
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
reyting.az

1Источники