RU

Delimitasiya çərçivəsində Kirants-Açarkut yolunda partlayış işləri aparılacaq

Ermənistanın Tavuş vilayətində Kirants (Güney) - Açarkut yolunda partlayış işləri aparılacaq.

FED.az xəbər verir ki, Ermənistan KİV-nə  görə, bu barədə Yol idarəsi məlumat yayıb.

Bildirilib ki, iyunun 24-də saat 14:00-da yol tikintisi işləri ilə əlaqədar Kirants-Açarkut yolunda partlayış işləri aparılacaq.

Məlumata görə, sərhədlərin delimitasiyası çərçivəsində kəndin girişindəki yol körpüsü Azərbaycana verildikdən sonra Açarkutdan keçən yol Kirants kəndinə gediş-gəliş üçün alternativ marşruta çevriləcək. (Report)

Избранный
92
31
fed.az

10Источники