RU

Rusiya bölgəni xaosa sürükləyir: Əgər Putin bu aqressiyadan əl çəkməsə...

"Dünən Rusiyada, Dağıstanda terrorçuların hücumu nəticəsində 15 nəfər polis, bir neçə mülki şəxs həlak olub. Dəfələrlə publik çıxışlarımızda demişik ki, Rusiya mütləq qonşularına təhdid yaratmayan, sivil ölkəyə çevrilməlidir, aqressiv və qaba dövlət olmamalı, öz qınına çəkilməlidir, amma dağılması böyük fəlakətlərə yol aça bilər. Azərbaycanın şimal sərhəddi boyu qeyri-sabit, kiçik və bir-biri ilə və hamı ilə düşmənçilik edəcək “ölkələrin”, həmin “ölkələrdə” başıpozuq dəstələrin formalaşmasına səbəb olacaq ki, daim bizə qarşı təhdid yarada biləcək durum yarana bilər".

Bu sözləri Sitat.info-ya iqtisadçı ekspert  Naatiq Cəfərli deyib. 

O bildirib ki, Rusiya Çeçenistan da daxil Şimalı Qafqaza ildə 9-10 mlrd. dollar dotasiya ayırır, həmin kiçik etnik muxtar qurumlarda iqtisadiyyat yoxdur: "Rusiyanın mərkəzi büdcəsindən ayrılan vəsait olmasa, əvvəl bir-birlərinə, sonra ətraflarına saldıracaqlar, xaotik və qeyri-sabit bir coğrafiya ilə sərhəd olacağıq.  Rusiya işğal etdiyi Abxaziya və Cənubi Osetiyadan çəkilib həmin bölgələrin Gürcüstana qayıtmasına mane olmamalı, öz ərazisinin problemləri ilə məşğul olmalıdır".

N.Cəfərli hesab edir ki, ümumiyyətlə, Cənubi Qafqazdan Rusiyanın çəkilməsi bizim bölgəni rahatladacaq, öz ərazisi olan Şimali Qafqazla məşğul olmağa Moskvanın daha çox zamanı və resursu olacaq.

Məğrur,

Sitat.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
47
1
sitat.info

3Источники