RU

Azərbaycana qələbə və qürur yaşadan 106 yaşlı qəhrəman ordumuzdur- ÖZƏL

"1994-cü ildə bağlanmış atəşkəs sazişi ölkəmizdə ordu quruculuğuna və iqtisadi inkişafına nəfəs verdi. Qısa zaman ərzində iqtisadiyyatı güclənən Azərbaycan Cənubi Qafqazın ən böyük, müasir, yüksək döyüş hazırlığına malik peşəkar ordusunu yarada bildi".

"Olaylar" xəbər verir ki, bunu millət vəkili Rəşad Mahmudov deyib:

"Sonrakı illərdə Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti sahəsində başladığı işlər Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildi. Aparılan uğurlu islahatlar nəticəsində respublikamızın iqtisadi qüdrətini ildən-ilə artıran Prezident İlham Əliyev ölkəmizin hərbi potensialının daha da gücləndirilməsinə nail oldu. Beləliklə, son otuz ildə həyata keçirilmiş hərbi islahatlar özünü doğrultdu, Azərbaycan tarixində ən qüdrətli, arsenalında ən müasir silahlarla təchiz olunmuş peşəkar ordu yarada bildi. Amma torpaqlarımızı otuz il işğal altında saxlayan düşmən bu amili və ölkəmizin sülh çağırışlarını dəyərləndirməyi bacarmadı. Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin " Azərbaycan Ordusu torpaqları azad etməyə qadirdir" bəyanatı 2020-ci il 27 sentyabrda başlanan Vətən müharibəsində öz təsdiqini tapdı. 44 günlük Zəfər savaşında və bir gün çəkən antiterror tədbirlərində dünya Azərbaycan əsgərinin şücaətini və ordumuzun gücünü gördü. Tək Şuşa şəhərinin azad olunması dünya hərb tarixi üçün əvəzolunmaz və hər zaman heyrətlə xatırlanacaq hadisədir. Azərbaycana qələbə və qürur yaşadan bu zəfər savaşının müəllifi 106 yaşlı qəhrəman ordumuzdur".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
60
olaylar.az

1Источники