RU

"Nə komandama, nə də azarkeşlərə bəhanə tapa bilmirəm" - Makqreqor zədələnməsi barədə

Məşhur irlandiyalı qarışıq döyüş sənəti (MMA) döyüşçüsü, iki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor barmağından aldığı zədədən danışıb.

90deqiqe.Az xəbər verir ki, o, bu barədə sosial şəbəkədəki hesabında yazıb.

Zədə səbəbindən Konor ABŞ təmsilçisi Maykl Çandlerlə döyüşdən imtina etmək məcburiyyətində qalıb. İdmançılar iyunun sonunda UFC 303-də döyüşməli idilər.

“Biz konsentrasiyanı itirdik və tam qoruyucu vasitələr olmadan məşq etdik, nəticədə barmağımı dirsəyimə vurdum və sındırdım. İndi bir neçə həftə gözləmək lazımdır. Nə komandama, nə də azarkeşlərə bəhanə tapa bilmirəm. Növbəti dəfə 100% hazır olacağam”, - deyə o bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
28
90deqiqe.az

1Источники