Azərbaycanın son 5 il ərzində xarici ölkələrə ixrac etdiyi elektrik enerjisinin həcmi məlum olub.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, ayrı-ayrı göstəricilər üzrə ən çox elektrik enerjisi 2023-cü ildə ixrac edilib. Ötən ilı ərzində 4,3 milyard kvt/saat elektrik enerjisi ixrac edilib. İxracdan 402,5 milyon dollar gəlir əldə olunub. Bu da hər min kvt/saat enerjinin dəyərinin 93 dollar və ya 158 manata başa gəlməsi deməkdir.
Bu ilin beş ayın nəticələrinə görə isə ixrac 2023-cü ilin 5 ayı ilə müqayisədə təxminən 3 dəfə, dəyəri isə 6 dəfə azalıb. Xaricə 50 milyon 189 min dollarlıq 904 milyon kvt/saatlıq elektrik enerjisi ixrac edilib. Hər min kvt/saat enerjinin ixracı orta hesabla 56 dollar və ya 94 manat təşkil edib.
2020-ci ildən 2023-cü ilədək isə elektrik enerjisinin ixracında həm miqdar, həm də dəyər ifadəsi ilə artım müşahidə edilməkdədir.
İllər | Elektrik enerjisi, min kVt/saat | Məbləğ (dollar)
| Hər min kv/saat (dollar) | Hər min kv/saat (manat) |
2020 | 1 323 518 | $59 802 340 | $45 | 77 ₼ |
2021 | 1 588 412 | $69 343 430 | $44 | 74 ₼ |
2022 | 1 711 433 | $121 598 370 | $71 | 121 ₼ |
2023 | 4 319 854 | $402 483 180 | $93 | 158 ₼ |
2024 | 904 005 | $50 188 750 | $56 | 94 ₼ |
Bu ilin 4 ayının nəticələrinə görə Azərbaycanın ən çox elektrik enerjisi ixrac etdiyi ölkə Gürcüstan olub.
Gürcüstana satılan hər min kvt/saat 56 dollar və ya 95 manat təşkil edib.
Ən aşağı qiymət isə İrana təklfi olunub. Bu ölkəyə satılan hər min kvt/saat enerjisinin qiyməti 28 dollar (48 manat) təşkil edib.
Ölkələr | Elektrik enerjisi, min kVt/saat | Məbləğ (dollar) | Elektrik enerjisi, min kVt/saat | Məbləğ (dollar) |
Cəmi | 856 186 | $47 640 250 | $56 | 95₼ |
Gürcüstan | 414 183 | $20 861 080 | $50 | 86 ₼ |
Türkiyə | 394 773 | $25 142 820 | $56 | 94 ₼ |
İran İslam Respublikası | 10 992 | $312 300 | $28 | 48 ₼ |
Rusiya | 36 327 | $1 324 040 | $36 | 63 ₼ |