RU

"Ətrafınıza diqqət edin" - Həbibdən terror aktlarına reaksiya

Dağıstan əsilli məşhur döyüşçü Həbib Nurməhəmmədov son terror aktları ilə əlaqədar həmyerlilərinə müraciət edib.

Bakupost.az "Vestnik Kavkaza" nəşrinə istinadən xəbər verir ki, o dağıstanlılara övladlarının ətrafında kimlərin olduğunu diqqətlə izləməyə çağırıb.

“Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm. Özünüzün və sevdiklərinizi qoruyun. Qoy hər kəs ətrafına və övladlarının kimlərlə ünsiyyət qurduqlarına, onların əhatəsinə baxsın. Ruhların tərbiyəsi bədən tərbiyə etməkdən daha vacibdir”, - Həbib Nurməhəmmədov bildirib.

Qeyd edək ki, ötən gün Dağıstanda, Mahaçqala və Dərbənd şəhərlərində pravoslav kilsələrinə və sinaqoqlara silsilə hücumlar edilib. Hadisə nəticəsində ölən və yaralılar var. Respublikada üç günlük matəm elan edilib.

Zaur
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
45
bakupost.az

1Источники