BMP-3 piyada döyüş maşınları pilotsuz təyyarələrin qarşısının alınması sistemləri ilə təchiz olunmağa başlayıb.
Herbiand.az xəbər verir ki, bu barədə TASS-a Kronştadtda keçirilən sonuncu Beynəlxalq Dəniz Donanması-2024 sərgisində High-Precision Complexes holdinqinin mətbuat xidməti məlumat verib.
“Hazırda BMP-3-lər standart olaraq pilotsuz idarəetmə xətlərinin yerli məhv edilməsi sistemi ilə təchiz edilib”, - agentliyin həmsöhbətləri bildiriblər.
BMP-3 həm birləşmiş silahlı döyüş, həm də xüsusi tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulub. Döyüş maşını 1987-ci ildə xidmətə başlayıb.
Bəxtiyar CƏFƏRLİ