RU

Azərbaycanın "yaşıl" yolu - Günəşli günlər əsasında yenidən tikilən "ağıllı" Qarabağ

Bakı. Trend:

Dünyada “yaşıl enerji”dən istifadənin aktuallığı artır.Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensialamalik ölkələrdəndir. Ölkəmizdə bu sahənin inkişafı ilə bağlıkonkret hədəflər müəyyənləşdirilib və “yaşıl enerji”yə sürətləkeçid edilir. COP29 kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsi,Azərbaycanın iqlim məsələsində üzərinə götürdüyü öhdəlikləri yerinəyetirməsi siyasi və iqtisadi sabitliyin yüksək səviyyədə olduğundanxəbər verir.

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan 2030:sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də respublikamızda“yaşıl enerji” istehsalının genişləndirilməsi mühüm yer tutur.Ölkəmizin ümumi enerji istehsalında hədəfi bərpa olunan enerjipayının 2025-ci ildə 24 faizə, 2030-cu ildə isə 30 faizəçatdırmaqdır.

Statistik göstəricilərə görə ölkəmizin bərpaolunan enerjimənbələrinin texniki potensialı quruda 135, Xəzər dənizininAzərbaycana aid olan hissəsində isə 157 qiqavatdır. Bərpa olunanenerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən,külək enerjisi üzrə 3 min MVt, günəş enerjisi üzrə 23 min MVt,bioenerji potensialı 380 MVt-dır . Dağ çaylarının potensialı 520MVt həcmində qiymətləndirilir.

Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də, Naxçıvanbölgəsi Azərbaycanda "yaşıl enerji" zonaları elan edilib. İşğaldanazad olunmuş ərazilərdə “yaşıl enerji”yə keçid Azərbaycan üçünmühüm strateji məqsədlərdəndir. İşğaldan azad edilmiş ərazilərdə“yaşıl enerji” zonasının yaradılması ilə bağlı qarşıya qoyulanvəzifələrin icrası məqsədilə Yaponiyanın TEPSCO şirkəti iləmüqavilə imzalanıb. Regionun enerji təminatını həyata keçirməkməqsədilə ”yaşıl enerji" zonasının yaradılması ilə əlaqədar müvafiqkonsepsiyası və Baş plan hazırlanıb.

Azad edilmiş torpaqlarımızın “yaşıl enerji” potensialı çoxböyükdür. Belə ki, yer səthinə düşən günəş radiasiyasının miqdarınagörə Zəngilan, Cəbrayıl, Qubadlı və Füzuli rayonları NaxçıvanMR-dan sonra ikinci yerdədir.

Son hesablamalara görə, Qarabağ və Şərqi Zəngəzur ərazilərində10 qiqavat həcmində günəş və külək enerjisi potensialı mövcuddur.Belə ki, Qubadlı, Zəngilan, Cəbrayıl, Xocavənd və Füzuli rayonlarıtexniki potensialı 7200 MVt çox olan günəş enerjisindən istifadəüçün əlverişli şəraitə malikdir. Bununla yanaşı, ilkin proqnozlaragörə, Laçın və Kəlbəcər rayonlarının dağlıq ərazilərində küləkenerjisinin texniki potensialı 2 min MVt həcmində qiymətləndirilir.Kəlbəcər, Ağdərə, Şuşa rayonlarında isə geotermal enerjimənbələrindən “yaşıl enerji” kimi istifadə olunması imkanları dahaçox diqqət çəkir. İlkin təhlillərə əsasən, Kəlbəcər rayonunda 3093m³/gün, Şuşada isə 412 m³/gün termal su ehtiyatlarının mövcudolması ehtimal edilir. Geotermal enerji mənbələrindən enerjiistehsalında və istehlakında istifadə, adətən, böyük həcmli maliyyəvəsaiti tələb etmir.

Laçın-Kəlbəcərdə külək elektrik stansiyası tikiləcək. Cəbrayıldabp tərəfindən gələn il 240 MVt gücündə “Şəfəq” (Sunrise) günəşelektrik stansiyasının təməli qoyulacaq. Həmçinin, Cəbrayılda“Nobel Energy”, Füzulidə isə Çin şirkəti ilə günəş elektrikstansiyalarının tikintisi üçün hazırda ərazilər razılaşdırılır.“Cəbrayıl” enerji qovşağı sayəsində elektrik enerjisinin Naxçıvana,oradan Türkiyəyə, sonra isə Avropaya ötürülməsi perspektiviAzərbaycan Prezidentinin böyük strateji vizyonunun və onunreallaşması üçün məqsədyönlü fəaliyyətinin təcəssümüdür. 2022-ciildə Azərbaycan-Türkiyə-Avropa ölkələrarası beynəlxalq enerjilayihəsi çərçivəsində 330 kV-luq “Cəbrayıl” Enerji Qovşağının datəməli qoyulub.

Ötən ay Azərbaycanla İranın dövlət sərhədində - Araz çayıüzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarıişə salınıb. Hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olaneyniadlı su-elektrik stansiyaları paritet əsasda hər iki ölkəninmaraqlarına xidmət edəcək. Bu layihə təkcə Azərbaycana illik 358milyon kilovatt-saat elektrik enerjisi istehsalı, 80 milyon kubmetrqaza qənaət imkanı yaradacaq. “Xudafərin” və “Qız Qalası” ŞərqiZəngəzurun “yaşıl enerji zonası” kimi inkişafının mühümelementlərindən olacaq.

Stansiyaların qoşulacağı “Cəbrayıl” enerji qovşağı ölkəmizinŞərqi Zəngəzur və Naxçıvan bölgələri arasında yeni enerjibağlantısına xidmət edəcək.

İşğaldan azad edilən ərazilərimizdə Tərtərçay, Bazarçay,Həkəriçay kimi əsas çaylar və digər kiçik çaylar böyük hidroenerjipotensialına malikdir. Qarabağ və Şərqi Zəngəzur regionunda həyatakeçirilən “Yaşıl Enerji Zonası”nın yaradılması məqsədilə 2030-cuilə qədər ümumi gücü 467 MVt olan 72 kiçik su elektrik stansiyasıolacaq.

Artıq regionda üç ildən az bir müddətdə ümumi gücü 226 MVt olan28 su elektrik stansiyası yenidən qurulub və ya yeni tikilib. Ümumigücü 44 MVt olan 4 su elektrik stansiyasında isə avadanlıqlarınquraşdırılması və sazlama işləri icra edilir. Nəticədə, bütünregion üzrə dayanıqlı elektrik təchizatı sxemi yaradılıb və COP29tədbirinin keçiriləcəyi, “Yaşıl dünya naminə həmrəylik ili” elanedilmiş 2024-cü ilin birinci yarısında ümumi gücü 270 MVt olan 32su elektrik stansiyası istismara veriləcək.

Bu stansiyalarda il ərzində 600 milyon kilovatt-saatdan çox"yaşıl" enerji istehsal ediləcək. Bu da 160 milyon kubmetrdən artıqtəbii qaza qənaət edilməsi, atmosferə atılan karbon qazının (CO2)həcminin isə 330 min tondan çox azalması deməkdir. Bundan əlavə,ümumi gücü 37,5 MVt olan 6 kiçik su elektrik stansiyası layihəsininicrası ilə bağlı tender prosedurlarının həyata keçirilməsinəbaşlanılıb. Bu layihələr üzrə stansiyaların növbəti il istismaraverilməsi gözlənilir. Bu, “yaşıl enerji”yə keçidinsürətləndirilməsi, atmosferə atılan karbon qazının miqdarınınazaldılması, təbii qaza qənaət edilməsi, ekoloji cəhətdən təmizenerji istehsal edilməsinin göstəricilərindəndir.

Azad edilmiş ərazilərimizdə qurulan şəhərlər və kəndlərinhamısında "yaşıl" enerjidən istifadə nəzərdə tutulur.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında günəş və küləkelektrik stansiyalarının yaradılması ilə bağlı hazırlanmışkonsepsiyaya əsasən, həmin ərazilərdə istehlak edilən elektrikenerjisinin yalnız bərpaolunan enerji mənbələrindən alınacağınəzərdə tutulub. Bu da artıq öz müsbət nəticəsini verməkdədir.

Belə ki, ölkənin enerji sistemi tarixində ilk dəfə Qarabağ vəŞərqi Zəngəzur regionlarının elektrik enerjisi tələbatı 100 faiz"yaşıl enerji" hesabına təmin edilir və tələbatdan artıq qalan həcmölkə enerjisi sisteminə ötürülür. Perspektiv layihələr də nəzərəalınsa, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisindəicra edilmiş və icrası gözlənilən “yaşıl enerji” layihələriümumilikdə 1100 MVt təşkil edir ki, bu da regionun mövcud enerjitələbatından 12-15 dəfə çoxdur. Regionun 2040-cı il üçün ümumi güctələbatı 1000 MVt proqnozlaşdırılır ki, bu da icra olunacaq "yaşıl"enerji layihələrinin həcmi nəzərə alınmaqla 20 il sonra bölgənintam olaraq "yaşıl" enerji ilə təmin ediləcəyi deməkdir.

Torpaqlarımız azad olunduqdan sonra ermənilər tərəfindəndağıdılmış infrastruktur yenidən bərpa edilməyə başlandı. Bubölgələrdə “yaşıl iqtisadiyyat” konsepsiyası həyat keçirilməyəbaşlandı və bu istiqamətdə konkret addımlar atılmaqdadır. Bütün buproseslər "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası əsasındaZəngilan rayonunda Ağalı kəndinin inşası ilə start götürdü.

Bütün yaşayış evləri, sosial obyektlər,inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarınınemalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təminedilib. Bu gün Ağalı kəndində küçələrin "ağıllı" işıqlandırılması,isti və soyuğadavamlı ekoloji evlərin inşası, günəş panellərininquraşdırılması kimi müasir şəhərsalma standartları tətbiqolunub.

Eləcə də, kəndin daimi enerji ilə təmin edilməsi üçün Həkəriçayı üzərində su-elektrik stansiyası inşa edilib. Bundan başqa,Ağdam rayonunun Baş Qərvənd kəndi də "ağıllı kənd" layihəsi ilətikilir. Kənddə enerji daşıyıcılarına qənaət etmək məqsədiləalternativ enerjidən istifadə olunacaq. Füzulinin Dövlətyarlı kəndidə "ağıllı kənd" konsepsiyasında tikilir. Füzulidə günəşli günlərinsayının çox olduğuna görə kəndin enerjiyə olan tələbatı 50hektarlıq sahədə qurulacaq günəş panellərinin hesabına təminediləcək. İnvestisiya layihəsinin gücü 50 MVt olacaq.

Bundan başqa, Laçın şəhərinin özündə, Zabux və Sus kəndlərindəyaşıl texnologiyalar istifadə edilir.

Zabuxun 223, Sus kəndində isə 59 fərdi yaşayış evinin hərbirinin üzərində 3kVt gücündə günəş paneli quraşdırılıb. Yenidəntikilən məktəblərdə, bağçalarda, dövlət idarələrində də yaşılenerjidən istifadə edilir. Buna misal olaraq Füzuli rayonundayenidən tikilən məktəbin damında 40 kVt gücündə günəş panellərininquraşdırılmasını göstərmək olar.

Şuşa şəhərində də Elektrik Şəbəkələrinin İnnovativTexnologiyalar Mərkəzində "yaşıl" enerji texnologiyaları tətbiqedilib. Mərkəzin ərazisində elektromobillərin enerji ilədoldurulmaları üçün qurğular və günəş enerjisi ilə çalışan panellərquraşdırılıb.

Xocalıda isə "Smartflower" günəş enerjisi qurğusu quraşdırılıb.Qurğu 2,5 kVt gücə malikdir və illik 6500 kVt-saat "yaşıl" enerjiistehsal edir. Enerji istehsalı ilə yanaşı, bu qurğu elektrikavtomobilləri, velosipedlər və skuterlər üçün enerji doldurmastansiyası kimi də xidmət edəcək. Xankəndinin enerji sistemimizəqoşulması, ərazilərimizin Şuşa yarımstansiyası vasitəsilə elektrikenerjisi ilə təmin olunması elektronergetika tariximizinqürurverici hadisələridir.

İqlim dəyişikliyinə təsir edən amillərdən biri də havayaburaxılan karbon emissiyalarıdır. Buna görə də azad edilmişərazilərdə elektrikli avtomobillərə keçidin artması üçün müxtəlifişlər görülür. Belə ki, Şuşa Qarabağda elektrikli avtobuslarınişləyəcəyi ilk şəhər olacaq. Bununla yanaşı, ilin sonuna qədərQarabağda elektromobillər üçün 20 enerji doldurma məntəqəsininaçılması nəzərdə tutulur.

Dəmir yollarının çəkilişi zamanı ətraf mühitə zərər vurulmamasıüçün bütün zəruri tədbirlər görülür: Horadiz-Ağbənd xəttinin 85-cikm-də, Mincivan stansiyasının yaxınlığında meşəlik ərazinin zərərgörməməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilərazılaşdırılmış şəkildə həmin ağacların yeri həssaslıqladəyişdirilib. Maksimum çalışılır ki, dəmir yollarının tikintisizamanı ətraf mühitə ziyan dəyməsin.

ADY-nin hər bir layihəsində dəmir yolu zolağı boyunca ağaclarınəkilməsi diqqətdə saxlanılır. Bərdə–Ağdam layihəsinin artıq birhissəsində şam ağacları və digər növ ağaclar əkilib.

Azərbaycan "yaşıl enerji"yə keçidə yönəlmiş innovativyanaşmaların tətbiqi üzrə regionda liderdir və iqlim dəyişikliyininnəticələrinə qarşı mübarizəyə ciddi töhfə verir.

"Yaşıl enerji" layihələri planetimizin təbii iqlimini qorumaqüçün ən mühüm layihələrdən biridir. Dünyanın bir parçası olanölkəmiz də "yaşıl enerji" layihələri ilə yurdumuzun təbiətiniqorumağa çalışır və hamımızın evi olan yer kürəsinin qorunmasına öztöhfəsini verir.

Yazı "Azərbaycan Dəmir Yolları" QSC və Azərbaycan MətbuatŞurasının kütləvi informasiya vasitələrinin təmsilçiləri arasındakeçirdiyi iqlim təşəbbüsləri müsabiqəsinə təqdim olunur

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
27
3
az.trend.az

1Источники