RU

Məşhur aktyor qəzaya düşdü

Türkiyəli məşhur aktyor İbrahim Çelikkol motosikleti ilə qəzaya düşüb.

Publika.az xəbər verir ki, Balmumcuda yanacaqdoldurma məntəqəsində sürücülərdən biri orta zolaqdan sağa dönərək motosikleti sağda idarə edən İbrahim Çelikkolu vurub.

Qəfildən sağ tərəfdən gələn maşının fərqinə varmayan Çelikkol zərbənin təsirindən yerə yıxılıb, qabırğa və çiynindən xəsarət alıb.

Qəzadan dərhal sonra həm sürücü, həm də ətrafdakı insanlar Çelikkola kömək ediblər.

Aktyorun köməyinə sevgilisi Natali Yarcan da gəlib. Yarcan Çelikkolu yaxınlıqdakı xəstəxanalardan birinə aparıb. Həkimlər aktyorun zədələrinin təhlükəli olmadığını deyib.

Cəmilə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
62
publika.az

1Источники