RU

"Yüksək nəticələr göstərən universitet məzunları dövlət qulluğuna..." - Darxan Jazıkbay

"XXI əsr informasiya texnologiyaları dövrüdür və insan kapitalının inkişafı vacibdir".

 

Sfera.az xəbər verir ki, bunu bu gün keçirilən “Dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi” mövzusunda beynəlxalq seminarda Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin sədri Darxan Jazıkbay deyib.


"Qeyd olunduğu kimi, biz bir düsturu izləməliyik ki, dövlət insan üçün olmalıdır. Bu baxımdan biz dövlət aparatını yaxşı formalaşdırmaq istəyirik. Qazaxıstan qlobal fürsətdən istifadə edib. Bu sahədə biz yeni islahatlar qəbul etmişik. Qazaxıstan ilk ölkələrdən biri idi ki, dövlət qulluğu haqqında sektoral qanun qəbul etmişdi. Nəzərə alsaq ki, qlobal inkişaf da dayanmır, buna görə biz də təcrübələrimizi yeniləyir və uyğunlaşdırırıq".


Sədrin sözlərinə görə, bu gün Qazaxıstan prezidentinin də yürütdüyü siyasətlərdən biri hər bir vətəndaş üçün yeni imkanlar yaradılmasıdır:

 

"Bu cəhətdən agentliyimiz bir çox işlər görüb. Birincisi, dövlət qulluğuna qəbul sadələşdirilib. Artıq yeni qəbul edilənlərin müxtəlif sektorlardan gəlməsi təmin edilib. Dövlət qulluğuna qəbulun məhdudiyyətsiz təşkil edilməsi ən böyük hədəflərimizdəndir. Ən yaxşı universitet məzunları yüksək nəticələr göstərirsə, onlar dövlət qulluğuna asanlıqla qəbul ola bilirlər. Düşünürəm ki, biz birgə təcrübələrimizi paylaşmaqla bir çox maneələrin öhdəsindən gələ biləcəyik". 

 

Firuzə Əliyeva

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
50
sfera.az

1Источники