RU

Ramin Məmmədov: Qazandığımız qələbələr bizim üçün, eyni zamanda, məsuliyyətdir

Bakı, 24 iyun, AZƏRTAC

Biz Cənubi Qafqazın tarixində yeni bir səhifə açmış böyük bir millətin nümayəndələri, güclü bir dövlətin vətəndaşlarıyıq. Əlbəttə ki, qazandığımız qələbələr bizim üçün şərəfdir, eyni zamanda, məsuliyyətdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan İlahiyyat İnstitutunda keçirilən "Məzun günü"ndə çıxışı zamanı deyib.

Komitə sədri qarşıda həllini gözləyən vəzifələrin olduğunu diqqətə çatdıraraq deyib ki, işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması, 30 il məcburi köçkün həyatı yaşamış soydaşlarımızın doğma yurdlarına qayıdışı kimi ali hədəflərə çatmaq üçün hər birimiz əlindən gələni etməlidir.

Bildirilib ki, müstəqil dövlətçiliyimizin banisi Ümummilli Liderimizin adını daşıyan Heydər Əliyev Fondunun işğal dövründə məhv edilmiş dini, tarixi abidələrimizin bərpası ilə bağlı başladığı missiya xalqımızın hər bir nümayəndəsinə, eləcə də bütün dünyaya tarixi mesajdır. Bu mesajın mənası həm də ondan ibarətdir ki, biz öz milli-mənəvi dəyərlərimizə, tarixi və mədəni irsimizə son dərəcə möhkəm tellərlə bağlı unikal xalqıq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
azertag.az

1Источники