Bakı, 24 iyun, AZƏRTAC
ABŞ-da təşkil olunan futbol üzrə Amerika Kubokunda I turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, hər iki qarşılaşma C qrupunda baş tutub.
ABŞ millisi Boliviya ilə üz-üzə gəlib. Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər matçda isə Uruqvay Panamadan üstün olub – 3:1.
Qeyd edək ki, ABŞ-ın 14 şəhərinin ev sahibliyi etdiyi turnirə iyulun 14-də yekun vurulacaq.