RU

205 nömrəli avtobus xətti bağlanır? - Yenilənməıyə ciddi ehtiyac var - AÇIQLAMA

Son günlər metronun “Nəsimi” stansiyasından Lökbatan qəsəbəsinə gedən 205 nömrəli marşrut xəttininin bağlanacağı barədə sərnişin və sürücülər arasında fikirlər səsləndirilməkdədir. Hətta bəziləri bu prosesin yaxın günlərdə reallaşacağını iddia edirlər.

Bakıvaxtı.azxəbər verir ki, sərnişinlər avtobus xəttinin bağlanmasından narahatlıq duyurlar.

Məsələylə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu gün Bakıda, xüsusən də ətraf kənd və qəsəbələrdə fəaliyyət göstərən avtobuslar texniki baxımdan köhnəldiyindən müasir tələblərə və qüvvədə olan ekoloji standartlara qəti cavab vermir:

“Bu avtobuslar istismar müddətini başa vurduğundan yenilənməsinə ciddi ehtiyac var. Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb”.

O qeyd edib ki, yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının “Rəqəmsal əkiz”i vasitəsilə simulyasiya edilib.

T.Orucov bildirib ki, nəticədə yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib.

“Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq ediləcək. İlk olaraq marşrut şəbəkəsinin Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrinə fəaliyyət göstərəcək 5 yeni marşrut üzrə tətbiqi nəzərdə tutulur. Bu məqsədlə müntəzəm və ekspres avtobus marşrutları müsabiqəyə təqdim edilib, artıq qaliblər də bəllidir”, - deyə Tural Orucov vurğulayıb.

Günel Abbas

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
33
6
bakivaxti.az

3Источники