“Qəbul imtahanının modeli tədris ilinin əvvəlində jurnalımızda çap olunub. İmtahan sualları ilə maraqlanan hər kəs həmin jurnaldakı sullarla müqayisə apara bilər”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, fevral ayında keçirdiyimiz sınaq imtahanının da sualları hər kəsdə var və müqayisəli təhlil apara bilər: “Statistika da bizə gözlədiyimiz kimi nəticə verdi. İmtahanın çətinlik dərəcəsi isə kiminsə fikrinə görə müəyyənləşməməlidir. Çünki ümumi statistika imtahanda iştirak edən 20-50 min şəxsin nəticəsi əsasında hazırlanır. Statistika isə çap olunaraq ictimaiyyətə təqdim olunur”.
Müəllif: Səbinə Hüseynli