RU

DİM sədri: "Gələn ildən dövlət qulluğuna qəbul yeni model əsasında keçiriləcək"

"2025-ci ildə qanunvericilikdə müvafiq dəyişikliklər aparıldıqdan sonra dövlət qulluğuna qəbul yeni model əsasında keçiriləcək".

“Operativ Media” xəbər verir ki, bunu “Dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi” adlı beynəlxalq seminarda iştirak edən DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

"Bugünkü beynəlxalq seminarımızda müxtəlif ölkələrdən çoxsaylı qonaqlarımız var. İki il ərzində apardığımız işləri təqdim etdik və ümidvarıq ki, seminarın nəticəsində sentyabr ayında yeni mərhələli dövlət qulluğuna qəbulla əlaqədar yeni səriştə modelinə keçid edəcəyik. Bununla əlaqədar modelin sonuncu versiyasını beynəlxaq ekspertlərə göndərəcəyik. İki il ərzində çox ciddi işləmişik. Bu prosesdə avropadan gələn ekspertlər də iştirak ediblər. Biz bu modelin tətbiqinə başlayırıq. 2025-ci ildə qanunvericilikdə müvafiq dəyişikliklər aparıldıqdan sonra dövlət qulluğuna qəbul bu model əsasında keçiriləcək. Bu model dövlət qulluğunda bütün proseslərin daha şəffaf həyata eçirilməsinə imkan verəcək.

Bizim təcrübəmizlə müxtəlif ölkələr maraqlanır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
operativmedia.az

1Источники