İyunun 20-də Dərbənddə (Dağıstan Respublikası) Vahid Dövlət İmtahanı zamanı məktəblinin ürəyi dayanıb.
Medianews.az Rusiya mediasına istinadla xəbər verir ki, hadisə 8 saylı məktəbdə baş verib.
Məktəblinin bəxti onda gətirib ki, imtahan prosesində müşahidəçilərdən biri həkim-nefroloq Maqomed-Muxtar İsmayılov olub. Oğlanın ürəyi dayananda həkim tez reaksiya verib və ilk yardım göstərib. Bunun sayəsində məktəblinin həyatını xilas etmək mümkün olub və o, müalicə almaq üçün xəstəxanaya yerləşdirilib.
Maqomed-Muxtar göstərdiyi qəhrəmanlığa görə, Dərbənd şəhərinin başçısı tərəfindən təşəkkürnamə ilə təltif edilib.
T.ORUC