Yazını böyüt
Yazını kiçilt
Gürcüstanın Batumi şəhərinə avtobus reysləri ötən ilin dekabrında Moskvada açılmış Krasnoqvardeyski Beynəlxalq Avtovağzalından başlayır.
Hafta.az-ın “Moskviçmaq” jurnalına istinadən yazdığına görə, 36 saatlıq ekspedisiya üçün biletin qiymətini 8 min rubldır (90 dollar).
“Yandex”in “Raspisaniye” xidmətində məlumat verən jurnal yazıb ki, Batumiyə ilk avtobus iyunun 25-də səhər saat 8.30-da yola düşəcək və növbəti axşam saat 21.45-də avtobusun Batumidə olacağı gözlənilir.
Hələlik Moskvadan Batumiyə həftədə bir dəfə reys olacaq. Ancaq bələdiyyə nəqliyyat idarəsi bir neçə həftə ərzində iki səfər olacağını açıqlayıb.