RU

Qəzzaya hava zərbəsi - Səhiyyə Nazirliyinin 2 əməkdaşı həlak oldu

İsrailin Qəzzaya endirdiyi hava zərbəsi nəticəsində Səhiyyə Nazirliyinin 2 əməkdaşı həlak olub.

Bakupost.az xəbər verir ki, Qəzzadakı mülki müdafiə təşkilatından verilən açıqlamaya görə, dünən İsrail döyüş təyyarələri Qəzza zolağının mərkəzi hissəsindəki klinikanı hədəf alıb.

Hücumda 2 Səhiyyə Nazirliyinin əməkdaşı həyatını itirib, çox sayda insan yaralanıb.

Qeyd edək ki, Qəzzada hücumlarda ən az 15 min 694-ü uşaq, 10 min 279-u qadın olmaqla 37 min 598 fələstinli həyatını itirib, 86 min 32 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.



Elnur
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
35
1
bakupost.az

2Источники