RU

Aİ-nin dəstəyi ilə Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək layihəsi həyata keçirilib

“Dövlət İmtahan Mərkəzi dövlət qulluğu strategiyasının həyata keçirilməsinə töhfə vermək və təşkilati texniki bazanı gücləndirmək məqsədilə Avropa İttifaqının dəstəyi ilə iki illik Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək layihəsini həyata keçirib”.

“Operativ Media” xəbər verir ki, bunu “Dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi” adlı beynəlxalq seminarda DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Sədr qeyd edib ki, layihə 2020-ci ilin iyununda başlamış və bu ilin əvvəlində yekunlaşmışdır. Layihə çərçivəsində dövlət qulluğuna qəbul, təlim və fəaliyyətin qiymətləndirilməsi üçün dövlət qulluğuna dair tələbləri, zəruri bacarıq və bilikləri müvafiq qiymətləndirmə mexanizmlərini müəyyən edən yeni səriştə modelinin hazırlanması istiqamətində çoxsaylı işlər görülmüşdür. Qeyd etmək istərdim ki, dövlət qurumlarının nümayəndələri layihə çərçivəsində təşkil edilmiş müsahibələrdə və təlimatlarda aktiv şəkildə iştirak ediblər. Təxminən beş dövlət qurumu bizlə bütün pilot layihələrdə birgə iştirak ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
operativmedia.az

1Источники