RU

DİM sədri: "Dövlət orqanlarında vakant vəzifələrin tutulması aktual məsələlərdən biridir"

“Dövlət qulluqçularının potensialının artırılması, dövlət orqanlarında vakant vəzifələrin tutulması, insan kapitalının səmərəli istifadə olunması, eləcə də dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafı və dövlət qulluqçuluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi dövlət qulluğunda islahatların aparılması proseslərində mövcud olan aktual məsələlərdir”.

“Operativ Media” xəbər verir ki, bunu “Dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi” adlı beynəlxalq seminarda DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, seminarın məqsədi dövlət qulluğunda səriştə əsaslı seçim və qiymətləndirmə sahəsində qabaqcıl təcrübələri bölüşmək, bu sahədə əldə edilmiş bilikləri paylaşmaq, eyni zamanda ölkələrimizdə dövlət qulluğu üzrə rəhbər şəxsləri və mütəxəssislər arasında dövlət qulluqçularının inkişafına dair müasir təcrübələr üzərində müzakirələr aparmaqdır. Səriştə modelinə keçid dövlət qulluğunun daha peşəkar, bacarıqlı, şəxsi keyfiyyətləri yüksək olan dövlət qulluqçularının cəlb olunmasını təmin edir. Bir sözlə, ölkə detokratiyasının formalaşmasına qulluq edir. Bu da nəticədə dövlət qulluğunun səmərəliliyini və vətəndaşlara dövlət adından göstərilən xidmətlərin şəffaflığını və effektivliyini təmin edir. Bugünkü seminarın mövzusu bizim ölkələrdə dövlət qulluğu sahəsində baş verən islahatlarla və yeniliklərlə birbaşa əlaqədardır. Belə ki, dövlət idarəetmə sistemində start verilmiş struktur və kadr islahatları standartların dəyişməsinə dəlalət edir. Azərbaycanda islahatlar davam edir və 2018-ci  ildə Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 19-25-ci illər üçün strategiya qəbul edilmişdir. Strategiya dövlət qulluğunun müxtəlif sahələrində, o cümlədən kadr siyasətinin kompleks islahatları, dövlət qulluğu sisteminin inkişafı üçün institusional quruculuğu, dövlət qulluqçularının rotasiyasını, dövlət qulluqçuların peşəkarlığının və işinin səmərəliliyini artırmaq məqsədilə səriştə və motivasiya modellərinin tətbiq olunmasını, xidmət fəaliyyətinin qiymətləndirilməsini və bir sıra mühüm məsələləri nəzərdə tutur”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
operativmedia.az

1Источники