RU

AK “Telegram”a qarşı təhqiqata başlaya bilər


““Telegram” Aİ-də messencer üzərində nəzarətin güclənməsinin qarşısını almaq üçün istifadəçilərin sayı barədə yanlış məlumatlar təqdim edir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) rəhbərinin müavini, şəffaflıq üzrə Avropa komissarı Vera Jourova “Sueddeutsche Zeitung” qəzetinə müsahibəsində bildirib.
“Mən inanmıram ki, “Telegram“ın cəmi 42 milyon istifadəçisi var", - deyə Yurova qeyd edib.
Onun sözlərinə görə, əgər “Telegram” bu həddi keçirsə, o zaman Aİ-də ona daha ciddi nəzarət edilməıidir.
Avropa komissarı indi Avropa Komissiyasının araşdırmaya başlamaq imkanlarını öyrəndiyini bildirib.
O, “Telegram”ı ilk növbədə Baltikyanı ölkələr, Polşa və Bolqarıstanda böyük problem adlandırıb. AK rəsmisi iddia edib ki, Moskva bundan rusdilli sakinlər arasında dezinformasiya yaymaq üçün istifadə edir.
Qeyd edək ki, ilin əvvəlindən Avropa İttifaqı (Aİ) “X”, “TikTok” və “Meta” korporasiyası arasında münasibətlərlə bağlı araşdırmalara başlayıb. Aİ bütün bu strukturlardan öz standartlarına daha ciddi riayət etməyi tələb edib.
Yurova həmçinin “düşmən təsirinin yeni dövrü”ndən danışıb. O, Almaniya, Fransa və Polşanın dezinformasiya baxımından ciddi təzyiq altında olduğunu bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
30
yeniavaz.com

1Источники